İDMAN

“Qarabağ” səfərdə “Atletik”ə məğlub oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.

 "San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər .

Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.


***
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda ikinci hissə başlayıb.

 "San Mames" stadionunda təşkil olunan görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda hesab açılıb.

 "San Mames" stadionunda təşkil olunan görüşün 1-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib.

Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.


***
20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başlanıb.

"San Mames" stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 20:45-də start götürüb. Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.

 

 

Oxşar Xəbərlər