ÖZ XƏBƏR
Dövlət Tibbi Kitabxanasının qəzet və jurnal tenderi ləğv edildi
“Respublika Dövlət Elmi Tibbi Kitabxanası”nın qəzet və jurnalların satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
32gun.az xəbər verir ki, satınalmanın təxmini dəyəri 21.249,20 manat idi.
Ləğv səbəbi olaraq qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu səbəbdən proses “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən dayandırılıb.
Ayaz