DÜNYA ÖZ XƏBƏR

Kadırovun köməkçisi hicabsız qadınlarla danışmağa söz verib

Çeçenistanda başını örtməyən qadınlarla izahat xarakterli söhbətlər keçiriləcək.

32gun.az xəbər verir ki, bu barədə region rəhbərinin köməkçisi, respublikanın gənclər işləri üzrə birinci müavini Amir Suqaipov “Çeçnya bu gün” informasiya agentliyinə açıqlama verib.

Rəsmi bildirib ki, başını örtən qadınlar estetik baxımdan, həm də din və çeçen ənənələri nöqteyi-nəzərindən daha ləyaqətli və gözəl görünürlər.

Suqaipovun sözlərinə görə, söhbət məcburi hicabdan deyil, sadə və təvazökar bir elementdən — mədəniyyətə və ənənələrə hörməti ifadə edən baş örtüyü və ya yaylıqd an gedir.

O, həmçinin qeyd edib ki, bu tövsiyələrə əməl etməyən qadın və qızlarla, eləcə də onların valideynləri ilə izahat söhbətləri aparılacaq.
 

Ayaz 

Oxşar Xəbərlər