DÜNYA ÖZ XƏBƏR

Moskvada metroda kişi relslərin üzərinə düşüb – qatarların hərəkəti ləngiyib

Moskvada Zamoskvoretskaya (yaşıl xətt) metro xəttinin cənub hissəsində bir nəfər relslərin üzərinə düşüb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Hadisə nəticəsində bu sahədə qatarların hərəkət intervalı artırılıb.

Bu barədə məlumatı Moskva Nəqliyyat Departamentinin mətbuat xidməti yayıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Daha sonra Departamentin mətbuat xidməti bildirib ki, qatarların hərəkəti artıq qrafik üzrə bərpa olunub.

Qeyd edək ki, 14 oktyabrda “Tekstilşçiki” stansiyasında oxşar hadisə baş vermişdi – relslərin üzərinə düşən qadın xilas edilərək həkimlərə təhvil verilmişdi.

Həmin gün Sankt-Peterburqda “Çkalovskaya” stansiyasında 9 yaşlı məktəbli relslərə düşərək başından zədə alıb və bir neçə sümük sınığı ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Bundan əvvəl, 6 oktyabrda “Avtozavodskaya” stansiyasında da oxşar hadisə qeydə alınmış, relslərə düşən sərnişin xilas edilərək tibbi yardım göstərilmişdi.

Ayaz 

Oxşar Xəbərlər