DÜNYA ÖZ XƏBƏR

Prokurorluq Lyev Şlosberq üçün 440 saat məcburi iş cəzası tələb edib

Rusiyanın “Yabloko” partiyasının sədr müavini Lyev Şlosberqə (Rusiya tərəfindən “xarici agent” kimi tanınıb) qarşı başlanmış cinayət işi üzrə prokurorluq onun 440 saat məcburi əməyə cəlb olunmasını tələb edib.

32gun.az xəbər verir ki, bu barədə məlumat partiyanın Telegram kanalında yayılıb.

Bildirilib ki, prokuror Şlosberqin “xarici agent” qeydinin qoyulması qaydalarını yerinə yetirməməsi ilə bağlı ittiham üzrə həmin cəzanın təyin edilməsini istəyib.

Qeyd edək ki, oktyabr ayında Pskov vilayət məhkəməsi şəhər məhkəməsinin Şlosberqin barəsində verilmiş daha yüngül qətimkan tədbirini ləğv etmişdi. Ondan əvvəl məhkəmə ev dustaqlığını ləğv edərək siyasətçiyə müəyyən hərəkətlərin qadağan edilməsi barədə qərar çıxarmışdı.

Şlosberq 11 iyun tarixində ev dustaqlığına alınmışdı. Ona Rusiya Silahlı Qüvvələrini “diskreditasiya etmək” ittihamı irəli sürülmüşdü. İttiham, onun “Odnoklassniki” sosial şəbəkəsində tarixçi Yuri Pivovarovla debat videosunu paylaşdığına görə irəli sürülmüşdü.

Ayaz 

Oxşar Xəbərlər