Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, “istəkli koalisiya” yaxın 7–10 gün ərzində Ukraynada atəşkəs planı hazırlayacaq.
32gun.az xəbər verir ki, bu barədə RBC-Ukraina məlumat yayıb.
Zelenskinin sözlərinə görə, plan bir neçə qısa maddədən ibarət olacaq: “Məsələn, atəşkəs planı. Biz qərara gəldik ki, bunun üzərində növbəti bir həftə və ya on gün ərzində işləyəcəyik”.
Eyni zamanda Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin planı qəbul edib-etməyəcəyi hələ məlum deyil.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderləri və Zelenskinin atəşkəs çağırışlarının məqsədinin Kiyev rəhbərliyinə əlavə vaxt vermək olduğunu qeyd edib.
Ayaz