ÖZ XƏBƏR
Dövlət Komitəsinin avadanlıq satınalmasını “REAL SAFETY” MMC əldə edib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maşın və avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi “REAL SAFETY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az bildirir ki, şirkət masaüstü kompüter dəsti, rəngli printer, şreyder, İP telefon baza stansiyası, monitor və digər ofis avadanlıqlarının təchizatını ümumilikdə 46.411,76 manat məbləğində həyata keçirəcək.
Qeyd edək ki, “REAL SAFETY” MMC-nin nizamnamə kapitalı 10 manatdır və şirkətə Rövşən İbrahimov İsa oğlu rəhbərlik edir.
Ayaz