İlham Əliyev Özbəkistanda səfərdədir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.
32gun.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.
***13:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.
Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.