KRİMİNAL
Yasamalda 15 yaşlı şəxs qətlə yetirildi - Saxlanılanın da 14 yaşı var
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində qətl hadisəsi olub.
Bu haqda 32gun.az-a DİN-dən məlumat verilib:
“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.
Araşdırmalar davam etdirilir.