SİYASƏT
Uitkoff da Türkiyəyə GEDİR
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff noyabrın 19-da Türkiyəyə səfər edəcək.
32gun.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, burada o, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.
Eyni zamanda, Türkiyənin diplomatik mənbəsi jurnalistlərə bildirib ki, Ankara Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar prosesini bərpa etməyi hədəfləyir, lakin hələlik konkret məlumat yoxdur.