MƏDƏNİYYƏT - ŞOU
Mehriban Xanlarova bu televiziyadan Daxili İşlər Nazirliyinə şikayət etdi
Aktrisa,əməkdar artist Mehriban Xanlarova Daxili İşlər Nazirliyinə müraciət edib.
Oxu24.com xəbər verir ki,aktrisa müraciətində ARB kanalının əməkdaşı Yalçın Uğurdan və ARB-nin İcraçı direktor Rəşad Məmmədovdan şikayət edib.
"Hörmətli cənab Nazir,
ARB Televiziya kanalında yayımlanan “Günə Uğurla” adlı verilişdə, aparıcı Yalçın Uğur tərəfindən mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxarılmış, müzakirə mövzusuna çevrilmişdir.
Qeyd olunan yayım, ailə həyatına hörmət hüququmu kobud şəkildə pozmuş, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurmuşdur.