DİGƏR ÖZ XƏBƏR

Ürəyin fəaliyyətini yaxşılaşdıran məhsullar açıqlanıb

Londonun Kral Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, tərkibində çay, qəhvə, giləmeyvə, qoz-fındıq, kakao, tam taxıllar və zeytun yağı kimi məhsulların tez-tez yer aldığı polifenol-zəngin qidalanma ürək sağlamlığını uzunmüddətli perspektivdə əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

32gun.az xəbər verir ki, araşdırma BMC Medicine jurnalında dərc olunub.

Alimlər 10 ildən çox müddətdə TwinsUK adlı əkizlər kohortunun 3,1 mindən çox iştirakçısını izləyiblər. Polifenolların yüksək olduğu pəhrizə əməl edən insanlarda daha aşağı arterial təzyiq və xolesterin göstəriciləri qeydə alınıb. Bu məlumatlar ilk dəfə olaraq sidikdəki polifenol metabolitləri ilə müqayisə edilib və nəticələr göstərib ki, flovanoid və fenol turşusu törəmələrinin səviyyəsi yüksək olan şəxslərdə ürək-damar xəstəlikləri riski daha azdır, “yaxşı” xolesterin isə daha yüksəkdir.

Professor Ana Rodriqes-Mateos bildirib ki, belə pəhrizə uzunmüddətli riayət etmək ürək-damar riskinin yaşla artmasını nəzərəçarpacaq dərəcədə ləngidə bilər. Onun sözlərinə görə, hətta kiçik, lakin davamlı qida dəyişiklikləri — məsələn, daha çox giləmeyvə, çay və ya qoz-fındıq qəbulu — ciddi fayda verir.

Araşdırmanın aparıcı müəllifi Yun Li isə vurğulayıb ki, belə qidalanma prinsipi sadədir və gündəlik məhsullara əsaslandığı üçün insanların böyük əksəriyyəti üçün əlçatandır.

Ayaz 

Oxşar Xəbərlər