SİYASƏT ÖZ XƏBƏR

Böyük İrs: Ulu Öndər və Ali Baş Komandanın Gənclik İllərini Əks Etdirən Unikal Foto

​Sosial şəbəkələr Azərbaycan xalqının Ulu Öndəri Heydər ƏliyevinAli Baş Komandan, Prezident İlham Əliyevin gənclik dövrlərini əks etdirən nadir bir tarixi fotoşəkilin yayılması ilə çalxalanır.

32gun.az xəbər verir ki, təxminən 1970-1980-ci illərə aid edilən bu qara-ağ kadrda Heydər Əliyev digər simalarla yanaşı, gənclik enerjisi ilə seçilən oğlu İlham Əliyevlə səmimi söhbət edərkən əks olunub. Fotonun fonunda görünən möhtəşəm bina isə çəkilişin Bakının mühüm dövlətçilik məkanlarından birində aparıldığına işarə edir.

​Bu kadr dahi rəhbərin və onun ölkəni Zəfərə aparan layiqli davamçısının siyasi yolunun hələ gənc yaşlarından bir-birinə nə qədər bağlı olduğunu bir daha göstərir. Fotoşəkil qısa müddətdə minlərlə bəyənmə toplayaraq, istifadəçilər tərəfindən "Tarixin Qızıl Anı""Liderlik İrsi" kimi şərhlərlə qarşılanıb. Bu unikal yadigarlıq, hər iki liderin Azərbaycanın müstəqilliyi və inkişafı uğrundakı xidmətlərinin dəyərini bir daha xatırladır.

Ayaz Musaköylü 

Oxşar Xəbərlər