SİYASƏT

Keçmiş səfir yeni vəzifəyə təyin olundu

Bu ilin oktyabr ayında Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olunub.

"32gun.az" xəbər verir ki, eks-səfir Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi təyin edilib.

G.İsmayılzadə 2011-2019-cu və 2020-2025-ci illərdə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, tanınmış alim, arxeoloq Qüdrət İsmayılzadənin oğludur.

Oxşar Xəbərlər