HADİSƏ
Tacikistan təkzib etdi, “Röyters” xəbərini sildi
Tacikistan Xarici İşlər Nazirliyi “Röytesr”in Əfqanıstan sərhədində birgə patrul xidməti barədə KTMT ilə danışıqlar barədə xəbərlərini təkzib edib.
32gun.az xarici mediaya istinadla xəbər verir ki, Tacikistan XİN-in nümayəndələrinin sözlərinə görə, Tacikistan sərhəd təhlükəsizliyini müstəqil şəkildə təmin edir və Əfqanıstanla sərhəddə vəziyyət sabit və nəzarət altındadır.
XİN-dən verilən açıqlamada qeyd olunub ki, yalan məlumatların yayılması beynəlxalq ictimaiyyəti çaşdıra bilər. Tacikistanın rəsmi açıqlamasından qısa müddət sonra “Röyters” kifayət qədər dəlil gətirərək məqaləsini silib.