DÜNYA
Pakistanda partlayış - Ölənlər və yaralananlar var
Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində partlayış baş verib.
32gun.az TASS-a istinadən xəbər verir ki, nəticədə 2 nəfər hüquq-mühafizə orqanı əməkdaşı ölüb, aralarında qadınlar da olmaqla 6 nəfər mülki şəxs yaralanıb.
Bildirilir ki, əyalətdə kustar üsulla hazırlanmış partlayıcı qurğu işə salınıb.