ÖZ XƏBƏR

Nizami Tibb Mərkəzində 190 minlik tibbi tullantı müqaviləsi – 10 manatlıq şirkət qalib oldu

“Nizami Tibb Mərkəzi” PHŞ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə həyata keçirdiyi tenderə yekun vurub.

32gun.az xəbər verir ki,  satınalmanın qalibi “BT Texno Servis” MMC seçilib və şirkətlə ümumi dəyəri 190.996,69 AZN olan müqavilənin bağlanacağı gözlənilir.

Mərkəz tərəfindən sifariş olunan xidmətə müxtəlif kateqoriyalı tibbi tullantıların toplanması, daşınması və müvafiq qaydalara uyğun şəkildə zərərsizləşdirilməsi daxildir.

Araşdırmalarımıza görə, qalib şirkət – “BT Texno Servis” MMC çox aşağı maliyyə göstəricisi ilə diqqət çəkir. Belə ki, şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi şəxsin qanuni təmsilçisi isə Kamran Bağırov Kamil oğludur.

Ayaz

Oxşar Xəbərlər