ÖZ XƏBƏR

Azyaşlının törətdiyi hadisəyə görə ana 70 min təzminat ödəyəcək

Rusiyanın Tümen vilayətində məhkəmə azyaşlı uşağın digər uşağa vurduğu mənəvi zərərə görə onun anasını kompensasiya ödəməyə məcbur edib.

32gun.az bildirir ki, bu barədə regionun məhkəmə sisteminin birgə mətbuat xidməti məlumat yayıb.

İş materiallarına əsasən, bu ilin mart ayında qadının azyaşlı oğlu həmyaşıdına qəsdən daş atıb.

Daşlar zərərçəkənin başına dəyib və bu, təkcə fiziki ağrıya səbəb olmayıb, eyni zamanda mənəvi zərər də yetirib. Hadisədən sonra uşaq uzun müddət güclü ağrılardan əziyyət çəkdiyi üçün adi həyat tərzindən məcburi şəkildə imtina etməli olub.
Abatsk rayonunun prokuroru zərərçəkənin maraqları naminə azyaşlı xuliqanın anasından 100 min rubl məbləğində kompensasiya tələb edib. Lakin məhkəmə bu tələbi qismən təmin edərək cavabdehdən 70 min rubl məbləğində mənəvi zərərin ödənilməsinə qərar verib.

Nilay 

Oxşar Xəbərlər