ÖZ XƏBƏR

DOST Agentliyi 266 min manatdan çox vəsaitə təsərrüfat malları alır

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi tərəfindən təsərrüfat mallarının satın alınması ilə bağlı tender prosesi başlanılıb.

32gun.az xəbər verir ki, satınalma DOST Agentliyinin fəaliyyətində istifadə ediləcək müxtəlif təsərrüfat təyinatlı malları əhatə edir.

Məlumata görə, satınalmanın ehtimal olunan qiyməti 266.506,45 AZN təşkil edir. Tender çərçivəsində qalib şirkət müəyyən edilərək müvafiq müqavilənin bağlanması nəzərdə tutulur.

Ayaz

Oxşar Xəbərlər