Təcili Tibbi Yardım Mərkəzinin 18 min manatlıq satınalması ləğv edilib
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Publik Hüquqi Şəxsi üçün nəzərdə tutulan müxtəlif növ məhsulların satınalınması üzrə keçirilən müsabiqə ləğv olunub.
32gun.az xəbər verir ki, 25 dekabr 2025-ci il saat 12:20-də yekunlaşmalı olan satınalma prosedurunun ləğv edilməsinə səbəb iştirakçı çatışmazlığı olub. Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu hal “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən müsabiqənin ləğv edilməsinə gətirib çıxarıb.
Ləğv edilən satınalmanın ehtimal olunan qiyməti 18 095,30 AZN təşkil edib. Satınalma çərçivəsində çağrı mərkəzi üçün 49 ədəd qulaqlıq qarniturunun və 1 ədəd A3 formatlı çoxfunksiyalı lazer çap avadanlığının (print, copy, scan, fax) alınması nəzərdə tutulurdu.
Ayaz