Abdin Fərzəliyev bu xanımın turizim şirkəti ilə anlaşdı - 62 min manatlıq Yeni il tədbiri üçün
Abşeron Rayon İcra Hakimiyyəti rayonda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçiriləcək tədbirlərin xidmətlərini satın almaq üçün elan etdiyi müsabiqənin qalibi müəyyən edilib.
32gun.az xəbər verir ki, satınalma üzrə qalib “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla bağlanacaq müqavilənin məbləği 62 245 AZN təşkil edir.
Satınalma çərçivəsində restoran xidməti (Xırdalan şəhərində qapalı məkanda), videoqraf və fotoqraf xidmətləri, nəqliyyat və daşınma, şou və bədii proqram, tədbir məkanının bəzədilməsi, həmçinin şəhid və qazi övladlarına hədiyyə qutularının təqdimatı nəzərdə tutulub.
Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, qanuni təmsilçisi isə Günəş Şirvanskaya Yəhya qızıdır.
Araşdırmamız göstərir ki, “RR Travel Company” əsasən turizm fəaliyyəti ilə məşğul olur və xarici ölkələrə tur paketlərinin təşkili onun əsas fəaliyyət istiqamətidir. Buna baxmayaraq, dövlət büdcəsindən 62 min manatlıq xidmət üçün qalib elan edilməsi ciddi suallar doğurur.
Xatırladaq ki, Abşeron icra hakimiyyəti başçısı Abdin Fərzəliyevdir.