ÖZ XƏBƏR

Bərdə Peşə Təhsil Mərkəzi 10 aylıq mühafizəyə 41 min manatdan çox vəsait ayırır

“Bərdə Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsi 2026-cı il üçün mühafizə xidmətinin satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalma mərkəzin tədris binasının mühafizəsini əhatə edir. Texniki şərtlərə əsasən, binada 1 post üzrə 4 mühafizəçi fəaliyyət göstərəcək və xidmət 24 saat, həftənin 7 günü təşkil olunacaq. Mühafizə xidməti 10 ay müddətini əhatə edəcək.

Satınalma üzrə ehtimal olunan qiymət 41.662,97 AZN olaraq müəyyən edilib.

Qeyd edək ki, peşə təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi mühüm məsələ olsa da, elan olunan məbləğ və xidmət müddəti fonunda xərclərin effektivliyi məsələsi də diqqət çəkir. Xüsusilə regionlarda yerləşən təhsil müəssisələri üzrə bu cür satınalmaların nə dərəcədə səmərəli planlaşdırıldığı sual doğurur.

Ayaz

Oxşar Xəbərlər