ÖZ XƏBƏR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan 7,1 milyonluq tender
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində salınan 1042 ailəlik yaşayış məntəqəsinin (I mərhələ – 635 ailə) sel sularından mühafizəsi ilə bağlı iri həcmli satınalma elan edib.
32gun.az xəbər verir ki, satınalma çərçivəsində sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsinin qurulması, istinad divarlarının, körpülərin və yağış kanalizasiya sisteminin tikintisi nəzərdə tutulur.
Layihə üzrə ehtimal olunan qiymət 7.149.177,50 AZN təşkil edir.
Ayaz