Zelenski Trampı Ukraynaya dəvət etdi
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın sabiq prezidenti Donald Trampı Ukraynaya səfər etməyə dəvət edib.
32gun.az bildirir ki, bu barədə Axios portalı Ukrayna lideri ilə söhbətin nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski Trampın Ukraynaya şəxsən səfər etməsinin məqsədəuyğun olacağını bildirib. Axios portalı Ukrayna prezidentinin bu fikrini sitat gətirib.
Bundan əvvəl Axios yazmışdı ki, Vaşinqton və Kiyev arasında Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə olunan planın bir çox detalları artıq razılaşdırılıb. Razılaşmalar, o cümlədən təhlükəsizlik zəmanətləri ilə bağlı məsələləri də əhatə edir.
Qeyd edək ki, dekabrın 26-da Axios jurnalisti Barak Ravid Ukraynalı rəsminin sözlərinə istinadən Donald Tramp və Vladimir Zelenski arasında mümkün görüşün dekabrın 28-də, bazar günü, Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirilə biləcəyini yazmışdı.
Ayaz