ÖZ XƏBƏR

"Kontakthome"dan alınan məhsulun qəbzi sistemdə “alkoqol və tütün” kimi tanındı

Kontakthome mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı vətəndaş narazılığı gündəmə gəlib.

32gun.az-ın məlumatına görə, Səbuhi Nəsibov bildirir ki, bu gün mağazadan mikrokart (mikrokard) əldə edib və təqdim olunan ödəniş qəbzini müvafiq portalda qeydiyyatdan keçirmək istəyib.
Lakin qəbzi sistemə daxil edərkən gözlənilməz problemlə qarşılaşıb. Belə ki, portalda “Alkoqollu içkilər və tütün məmulatlarına görə ƏDV ödənilməyib” məzmunlu bildiriş ekrana çıxıb. Şikayətçinin sözlərinə görə, aldığı məhsulun alkoqol və ya tütün məmulatları ilə heç bir əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Səbuhi Nəsibov İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə rəsmi şikayət ünvanladığını və hazırda nəticəni gözlədiyini bildirib. Onun fikrincə, bu cür hallar həm alıcıları çaşqın vəziyyətə salır, həm də satış sənədlərində ciddi uyğunsuzluqların ola biləcəyini göstərir.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.

Ayaz 

Oxşar Xəbərlər