ÖZ XƏBƏR

DİM təmizlik xidməti üçün 82 min AZN-lik müqavilə bağlayıb

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi təmizlik (cleaning) xidmətlərinin satınalınması üzrə tenderin qalibi “Steel Materials” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

32gun.az xəbər verir ki, bağlanaca müqavilənin dəyəri 81.844,8 AZN təşkil edir.

Müqaviləyə əsasən, xidmətlər aşağıdakılar üzrə göstəriləcək: zirzəmidə yerləşən anbarların ildə iki dəfə təmizlənməsi, iki və daha çox növbəli imtahan zamanı fasilə vaxtı və günün sonunda imtahan zallarının döşəmələrinin, oturacaqlarının antibakterial maye ilə təmizlənməsi (2000 m², ayda altı dəfə), liftlərin gündəlik təmizlənməsi, vətəndaş qəbuluna giriş tərəfdə pilləkən üstü meydançanın və ön tərəf girişdə pilləkən üstü meydançanın gündəlik təmizlənməsi, həyətdəki tikililərin və hasarların fasad-keramika örtüklərinin ildə 12 dəfə yuyulması və digər oxşar işlər.

Tender, mərkəzin həm gündəlik, həm də illik təmizlik ehtiyaclarını təmin etmək məqsədi daşıyır.

Nilay

Oxşar Xəbərlər