ÖZ XƏBƏR
Qaradağ Tibb Mərkəzi 70 min AZN-ə görün nə alınır
Qaradağ Tibb Mərkəzi tərəfindən dəftərxana, təsərrüfat, maşın və avadanlıq, digər malların satınalınması üzrə keçirilən tenderin qalibi “Nur-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 70.567,58 AZN məbləğində müqavilənin bağlanması gözlənilir.
Tender çərçivəsində alınacaq mallar sırasında yüksək keyfiyyətli divar içi Vkluçatel №1, №2, №4 tipli məhsullar, habelə elektrik işləri üçün nəzərdə tutulmuş dielektrik əlcəklər (dirsəkdən uzun, 1000 V, 2,3 mm qalınlıqda) və Avtomat 32 B avadanlığı yer alır. Həmin məhsullar Qaradağ Tibb Mərkəzinin tələblərinə uyğun olaraq təmin ediləcək və müvafiq ölçü və keyfiyyət standartlarına cavab verəcək.
Ayaz