ÖZ XƏBƏR

Fərid Hüseynzadənin bu görüntüləri ürək dağladı

Vətən müharibəsinin qəhrəman övladlarından olan şəhid Fərid Hüseynzadənin atası ilə bir yerdə görüntüləndiyi kadrlar sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

32gun.az yazır ki, Heç bir sözün ifadə edə bilməyəcəyi o anlar, izləyənlərin qəlbində dərin iz buraxıb.

Fəridin sadəliyi və məsumiyyəti diqqət çəkir. Atasının yanında əyləşən gənc qəhrəman sanki gələcəkdə yazacağı böyük tarixdən xəbərsizcə sükuta dalıb. Bu görüntülər, hər bir şəhid evində yaşanan o səmimi və doğma anların ən acı xatirəsinə çevrilib.

Qeyd:

Fərid Eldəniz oğlu Hüseynzadə 2002-ci il mayın 18-də Suraxanı rayonunda anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərid Hüseynzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Fərid Hüseynzadə oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Fərid Hüseynzadə ölümündən sonra “Vətən uğrunda”, 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalları ilə təltif edilib.

Nilay

Oxşar Xəbərlər