ÖZ XƏBƏR

Maskatdan Bakıya Könül Körpüsü: Leyla Əliyevanın Oman Səfərinin Humanitar Mesajları

2026-cı ilin ilk günlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Oman Sultanlığına reallaşdırdığı səfər iki ölkə arasındakı münasibətlərin rəsmi çərçivələri aşaraq, daha səmimi və mədəni müstəviyə keçməsini təmin etdi.

Belə ki, Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkə səfərdə oldu. 

Yanvarın 5-də Maskat Beynəlxalq Aeroportunda isti qarşılanma ilə başlayan bu səfər, əslində Azərbaycanın sahib olduğu zəngin mədəni irsin və humanitar dəyərlərin ərəb dünyasına təqdimatı idi. Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb. Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

Leyla Əliyevanın fəaliyyəti hər zaman olduğu kimi, bu dəfə də dövlətlər arasındakı soyuq protokolları deyil, xalqlar arasındakı isti münasibətləri və birbaşa təmasları ön plana çəkdi.

Səfər müddətində Omanın turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə keçirilən görüşdə diqqətçəkən əsas məqam Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği oldu. Leyla Əliyeva Azərbaycanın zəngin tarixi abidələrinin qorunması, UNESCO çərçivəsində aparılan bərpa işləri və ölkəmizin sağlamlıq turizmi imkanları barədə məlumat verərkən, əslində Azərbaycanın necə böyük bir mədəniyyət mərkəzi olduğunu bir daha xatırlatdı. Bu cür görüşlər göstərir ki, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələr Azərbaycanı dünyada təkcə enerjisi ilə deyil, həm də irsi və mənəviyyatı ilə tanıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında da olub.

Oman Milli Muzeyindəki tanışlıq və qədim Mutrah bazarındakı gəzinti isə səfərin ən səmimi anları kimi yadda qaldı. Leyla Əliyevanın bazarda satıcılarla söhbət etməsi, yerli sənətkarların əl işləri ilə yaxından maraqlanması onun sadə və insani münasibətlərə verdiyi önəmin göstəricisidir. Bu səmimiyyət Azərbaycanın xarici ölkələrdəki imicinə müsbət təsir edən ən böyük amillərdən biridir. Eyni zamanda, Omanın Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Said ilə görüşdə gənclər siyasəti və mədəniyyətin qorunması ətrafında aparılan fikir mübadiləsi, iki xalqın gələcək nəsillərinin bir-birini daha yaxşı tanıması üçün mühüm zəmin yaratdı.

Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində- FOTOLAR

Leyla xanım Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini də ziyarət edib.

Səfərin bəlkə də ən təsirli və humanist məqamı Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzinin ziyarət edilməsi idi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb. Burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.

Leyla xanımın mərkəzdə müalicə alan xəstələrə öz adından hədiyyələr təqdim etməsi, Heydər Əliyev Fondunun "insanlara kömək və şəfa" fəlsəfəsinin Maskatdakı əksi oldu. Bu jest Azərbaycanın humanitar sahədəki həssaslığını və xeyriyyəçilik ənənələrini beynəlxalq müstəvidə bir daha nümayiş etdirdi. 

Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub.

Ziyarət olunan Sultan Opera Evi və Sultan Qabus Böyük Məscidi Azərbaycanın həm modern incəsənətə, həm də ortaq dini-mənəvi dəyərlərə verdiyi sonsuz ehtiramın rəmzi idi. Leyla Əliyevanın bu çoxşaxəli səfəri bir daha sübut etdi ki, mədəniyyət və humanizm ən güclü diplomatiyadan daha təsirlidir. Bu səfər Azərbaycan və Oman arasında sadəcə rəsmi əlaqələri deyil, eyni zamanda sarsılmaz bir dostluq və könül körpüsünü möhkəmləndirdi.

Nilay ÖzSöz

Oxşar Xəbərlər