Azərbaycan Milli Konservatoriyaya 80 min manata mühafizəçi tutulur
Azərbaycan Milli Konservatoriyası publik hüquqi şəxsi tərəfindən inzibati binanın 2026-cı il üzrə mühafizə xidmətinin satınalınması ilə bağlı əvvəl elan olunmuş tender ləğv edildikdən sonra yenidən elan edilib.
32gun.az xəbər verir ki, ilkin satınalma 12 yanvar 2026-cı il saat 10:40-da ləğv olunub. Ləğv edilmə səbəbi kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Rəsmi açıqlamada qeyd olunub ki, müsabiqə yetərli sayda iştirakçı olmadığı üçün baş tutmayıb.
Daha sonra Azərbaycan Milli Konservatoriyası eyni predmet üzrə satınalmanı yenidən elan edib. Yeni elan edilən satınalma inzibati binada 12 ay müddətinə mühafizə xidmətinin göstərilməsini nəzərdə tutur. Xidmət çərçivəsində binada 2 post üzrə, həftənin 7 günü, 24 saat rejimində mühafizə təşkil olunacaq. Həftə içi birinci postda 2 mühafizəçi 12 saat gündüz, ikinci postda isə 1 mühafizəçi 12 saat gündüz xidmət göstərəcək, gecə saatlarında isə ümumilikdə 1 mühafizəçi tərəfindən 12 saatlıq patrul xidməti həyata keçiriləcək. Həftəsonları birinci postda 1 mühafizəçi 12 saat gündüz, gecə isə yenə 1 mühafizəçi tərəfindən 12 saatlıq patrul xidməti nəzərdə tutulub.
Yenidən elan edilən tender üzrə ehtimal olunan qiymət 80.020 AZN olaraq müəyyən edilib.
Ayaz