AZMİU-da 46 min manatlıq satınalma: “VVOOD STORE GROUP” qalib oldu
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) sair torpaq tikili və avadanlıqların satınalınması ilə bağlı keçirilən prosedur yekunlaşıb.
32gun.az xəbər verir ki, satınalmanın nəticələrinə əsasən, qalib şirkət “VVOOD STORE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib təchizatçı ilə 46.999,4 manat məbləğində müqavilənin bağlanılması nəzərdə tutulur.
Müqavilə çərçivəsində universitet üçün müxtəlif ofis və tədris mühitində istifadə olunacaq avadanlıq və mebel məmulatlarının alınması planlaşdırılır. Satınalma predmetinə xüsusi sənədlər üçün dolablar, paltar və sənəd dolabı, konsol, iclas masası, iş masaları, laborant masaları, otaq arakəsməsi, jalüz pərdələr daxildir.
Bundan əlavə, universitet üçün işçi kresloları, laborant kresloları, iclas zalı üçün kreslolar, rəhbər kresloları, yumşaq stullar, eləcə də divan–kreslo dəstinin alınması da satınalma paketinə daxildir.
Qeyd edək ki, alınacaq avadanlıqların çatdırılması və quraşdırılması da müqavilə şərtlərinə daxil edilib.
Ayaz