SOSIAL
Rəis müavini nöqsanlara görə işdən çıxarıldı
Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi işdən çıxarılıb.
32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nəcəf Zeynalov işdən azad olunaraq sərəncama göndərilib.
Onun işdə, eyni zamanda xidmətdənkənar yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğu bildirilir.