Nazir müavinindən inflyasiyanın artması ilə bağlı VACİB AÇIQLAMA
"Pandemiyadan sonra iqtisadiyyat nəinki bərpa olunub, gözləniləndən də çox artıb. Bununla yanaşı proqnozlara nisbətən inflyasiya daha yüksək olub".
32gun.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, beynəlxalq təşkilatların proqnozlarında dünyada inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı bildirilirdi.
“Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb. Bizim proqnozlara nisbətən inflyasiya daha yüksək olub. 2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi. Dünyanın müxtəlif yerlərində iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb. Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal inflyasiyası ilə izah oluna bilər".