HADİSƏ

ANAMA-dan minaya düşən əməkdaşı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Zəngilanda mina partlayışı zamanı xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.

Agentlikdən 32gun.az-a verilən məlumata görə, qurumun Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edilir ki, 19 noyabr 2021- ci il tarixində Vaqif Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

Oxşar Xəbərlər