Polisdən təcili ƏMƏLİYYAT: Saxlanılanlar var (FOTO)
Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə 32gun.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Saxlanılan şəxslərdən “heroin”, “metamfetamin” və “tiryək” aşkar olunaraq götürülüb.
Baş İdarənin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri məliyyat-axtarış tədbirləri nəticəsində Rasim Qasımov, Samiq Ağayev və ona narkotik maddəni satan Razi Alışov saxlanılıb.
Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə Elmar Orucov, Fuad Yaqubov və ona narkotik maddəni satan Elvin Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
