İDMAN
Daha bir klub Ronaldodan imtina etdi: Onu heç kim istəmir
Daha bir klub İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldonu transfer etmək fikrindən daşınıb.
32gun.az xəbər verir ki, futbolçu Almaniyanın "Borrusiya Dortmund" klubuna təklif edilib, ancaq klub onu transfer etmək istəməyib.
"Mançester Yunayted"in Çempionlar Liqasına vəsiqə qazana bilmədiyinə görə klubdan ayrılmaq istəyən futbolçunu heç bir klub transfer etmək istəmir.
Bundan öncə "Atletiko Madrid", "Milan", "İnter" və "Yuventus" Ronaldoya "yox" deyib.