Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını Avropa klublarından birində davam etdirə bilər.
32gun.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Mənbənin məlumatına görə, 40 yaşlı futbolçunun Avropadan iki klubdan rəsmi təklifi var. Klubların adları açıqlanmır.
Qeyd edək ki, aprelin 10-da Ronaldo ilə Səudiyyə Ərəbistanının klubu arasında əməkdaşlığın uzadılması barədə məlumat yayılmışdı. İtaliyalı jurnalist Canluidji Longarinin sözlərinə görə, klub rəhbərliyi portuqaliyalı hücumçuya 2027-ci ilin yayına qədər müqavilə təklif edib.
Hazırda Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər qüvvədədir. Daha əvvəl mediada yayılan xəbərlərdə tərəflərin müqavilənin uzadılması ilə bağlı razılığa gəldiyi bildirilirdi. Yeni müqaviləyə əsasən, Ronaldonun klubun 5% payına sahib olacağı qeyd olunmuşdu.
Lakin mayın 11-də İspaniyanın "Marca" nəşri yazıb ki, "Əl-Nəsr" Ronaldoyla müqavilənin uzadılması üzrə danışıqları dayandırıb.
Ayxan