Moskva təmsilçisi ÇSKA Rodriqo Vilyaqranın transferi ilə bağlı hüquqi problemlərlə üzləşə bilər. 32gun.az Legalbet-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun vəkilləri bu ilin yayında baş tutmuş keçidi qanunsuz hesab edir və məsələ ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) şikayət ünvanlamağı planlaşdırırlar.
Rodriqo Vilyaqra mart ayında Argentina klubu “River Pleyt”dən ÇSKA-ya keçib. Lakin həmin vaxt transfer pəncərəsi artıq bağlı idi. Buna baxmayaraq, Rusiya Futbol İttifaqı (RFİ) oyunçunun qeydiyyatına icazə verib. Argentinalı hüquqşünas Qonsalo Quzman bu keçidi qanunsuz hesab edir.
Vilyaqra ÇSKA-da hələlik rəsmi matçda iştirak etməyib, yalnız martın sonunda Serbiyanın “Partizan” klubu ilə keçirilən yoxlama oyununda meydana çıxıb. Onun Rusiyada olduğu müddətdə bir oğlu dünyaya gəlib və uşaq yaxın günlərdə Argentinanın səfirliyi vasitəsilə qeydiyyata alınıb.
Futbolçunun ÇSKA ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Vilyaqranın bazar dəyəri 5,5 milyon avrodur.
Ayxan