İDMAN ÖZ XƏBƏR

Premyer Liqaya buraxılmayan klubun harada oynayacağı məlum olub

"Çernomorets" yeni mövsümdə Birinci Liqada iştirak üçün lisenziya təmin etdi

Novorossiysk təmsilçisi "Çernomorets" Rusiya Futbol İttifaqının (RFİ) lisenziyalaşdırma komissiyasının iclasında yeni mövsümdə Birinci Liqada iştirak üçün zəruri təminatları təqdim edib. 32gun.az bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

"Bu, bütün iştirakçıların prosesə yüksək səviyyədə qoşulması sayəsində mümkün oldu. Birgə şəkildə komandamızın peşəkar səviyyədə qalması və azarkeşlərini keyfiyyətli oyunla sevindirməsi üçün əlimizdən gələni edəcəyik", – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Birinci Liqanın son turunda "Çernomorets" "Soçi" üzərində 2:1 hesablı qələbə qazanaraq 64 xalla üçüncü pilləni tutmuşdu. "Soçi" isə 57 xalla beşinci olmuşdu. Lakin "Çernomorets" lisenziyadan keçə bilmədiyi üçün keçid oyunlarında iştirak hüququnu "Soçi" əldə etdi və "Pari Nijniy Novqorod"u məğlub edərək Rusiya Premyer Liqasına vəsiqə qazandı.

Ayxan 

Oxşar Xəbərlər