İDMAN ÖZ XƏBƏR

Keçmiş futbolçu narkotik alverində ittiham olunur – 13 il həbs oluna bilər

Niderlandın sabiq müdafiəçisi Ronni Stam narkotik qaçaqmalçılığında iştirakda ittiham olunur və onun 13 ilədək azadlıqdan məhrum edilə biləcəyi bildirilir.

32gun.az xəbər verir ki, bu barədə Omroep Brabant məlumat yayıb.

İstintaq orqanlarına əsaslanan mənbə iddia edir ki, Ronni Stam və hazırda Birləşmiş Ərəb Əmirliklərində gizlənən qardaşı iki tondan çox kokainin qaçaqmalçılığında şübhəli bilinir.

40 yaşlı Stam karyerası ərzində Niderlandın “NAC Breda” və “Tvente”, İngiltərənin “Wigan” və Belçikanın “Standard” klublarında çıxış edib.

Qeyd edək ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiya milli komandasını və rus klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Nəticədə rusiyalı futbolçular 2022 Dünya Çempionatına, 2024 Avropa Çempionatına qatıla bilməyib və 2026 Dünya Çempionatının seçmə mərhələsinə də buraxılmayıblar.

Ayaz 

Oxşar Xəbərlər