İDMAN ÖZ XƏBƏR

Messi rəqib futbolçuya sillə vurdu – Hakimlər reaksiya vermədi

Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi Liqa Kuboku matçı zamanı qalmaqallı hərəkəti ilə gündəmə gəlib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ klubu ilə Meksikanın "Atlas" komandası arasında keçirilən qarşılaşmada Messi rəqib oyunçu Serxio Ernandeslə mübahisə edib. Sözlü münaqişədən sonra argentinalı futbolçu Ernandesə yüngül sillə vurub. Hakimlər isə bu insidentə heç bir reaksiya verməyib.

30 iyuldan 31 iyula keçən gecə baş tutan oyunda "İnter Mayami" 2:1 hesablı qələbə qazanıb. Messi bu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Liqa Kubokunun hazırkı qalibi ABŞ-ın "Kolumbus Krew" klubudur. 2024-cü ildə keçirilən final matçında onlar "Los-Anceles"i 3:1 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əsaslanaraq, Rusiya milli komandasını və klublarını bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb. Bu səbəbdən rusiyalı futbolçular 2022 Dünya Çempionatının seçmə pley-off oyunlarını, eləcə də Almaniyada keçirilən Avro-2024-ü buraxıblar.

Oxşar Xəbərlər