Rusiyalı fiqurçu Kamilə Vəliyeva Moskva Dövlət İdman və Turizm Universitetinin media mərkəzinə müsahibəsində bildirib ki, peşəkar karyerasını başa vurmağı planlaşdırmır.
32gun.az xəbər verir ki, o qeyd edib ki, hələlik idman fəaliyyətini dayandırmaq niyyətində deyil və gələcəkdə kifayət qədər təcrübə, həmçinin müvafiq təhsil topladıqdan sonra öz şagirdləri ilə işləməyi arzulayır.
Xatırladaq ki, 2024-cü il yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dopinqdən istifadədə günahkar sayaraq diskvalifikasiya etmişdi. İdmançı 2025-ci ilin dekabrınadək yarışlarda çıxış edə bilməyəcək, həmçinin dövlətə məxsus buz meydanlarında məşq etmək hüququndan məhrum edilib. Vəliyeva şəxsi Olimpiya mükafatlarından da məhrum olunub, Rusiya yığması isə Pekin-2022-də komanda yarışında qızıl medal əvəzinə bürünc medalla kifayətlənib.
Ayaz