28 avqustda İsveçrənin Sürix şəhərində kişi idmançılar arasında hündürlüyə tullanma üzrə “Brilyant Liqa”nın final mərhələsi keçirilib.
32gun.az xəbər verir ki, Ukraynanı yarışda 24 yaşlı atlet Oleg Doroşuk təmsil edib. O, 2,30 metr hündürlüyü dəf edib. Daha sonra 2,32 metrə cəhd etsə də, uğur qazanmayıb və hədəfi 2,34 metrə qaldırıb. Lakin bu mərhələdə də nəticə əldə edə bilməyib.
Buna baxmayaraq, Doroşukun 2,30 metrlik göstəricisi ona ikinci yeri təmin edib. Yarışın qalibi Avstraliyanın Olimpiya çempionu Həmiş Kerr olub (2,32 metr). Bu nəticə Doroşukun ardıcıl ikinci dəfə “Brilyant Liqa” finalında gümüş medal qazanması deməkdir.
Xatırladaq ki, Oleg Doroşuk Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı, Avro-2024-ün bürünc mükafatçısı və Avropa çempionudur. O, mart ayında Niderlandda qapalı məkan yarışlarında kişilər arasında hündürlüyə tullanma üzrə Ukraynanın tarixində ilk Avropa çempionluğunu qazanıb. 22 avqustda isə Belçikada keçirilən “Brilyant Liqa” mərhələsində karyerasının ilk qızıl medalına sahib olub.
Ayxan