Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) beynəlxalq futbol təqvimində dəyişiklik etməyi və sentyabr və oktyabr aylarındakı milli komandaların oyun fasilələrini birləşdirməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə "El Desmarque" portalına məlumat yayıb.
Hazırda payız mövsümündə milli komandaların oyunları üçün üç fasilə mövcuddur — sentyabr, oktyabr və noyabr aylarında. 2026-cı ildən etibarən FİFA sentyabr və oktyabr aylarını əhatə edən 16 günlük vahid fasilə tətbiq etməyi nəzərdə tutur.
2026-cı ildə ilk beynəlxalq oyun fasiləsi 21 sentyabr — 6 oktyabr tarixlərində baş tutacaq. Bu müddət ərzində milli komandalar hər biri dörd oyun keçirə biləcək. Noyabr ayındakı beynəlxalq fasilə isə 9–17 noyabr tarixlərində olacaq və bu dövrdə hər komandaya iki oyun planlaşdırılıb.
Ayaz