Qazaxıstanlı tennisçi Aleksandr Bublik Şanxayda keçirilən “Masters” seriyalı turnirdə mübarizəni erkən dayandırıb. O, ikinci mərhələdə Monako idmançısı Valenten Vaşeroya məğlub olub.
32gun.az xəbər verir ki, bu barədə ATP-nin mətbuat xidməti məlumat yayıb.
Dünya reytinqində 16-cı pillədə qərarlaşan Bublik hazırda 202-ci yerdə olan rəqibinə 6:3, 3:6, 4:6 hesabı ilə uduzub. Qarşılaşma 1 saat 49 dəqiqə davam edib.
Bublikin göstəricilərinə 10 eys, 1 ikili səhv və 3 breyk imkanından 1-nin reallaşdırılması daxildir. Vaşero isə 11 eys, 4 ikili səhv və 6 breyk şansından 2-ni uğurla dəyərləndirib.
Qeyd edək ki, Şanxay “Masters” turniri 1–12 oktyabr tarixlərində keçirilir. Yarışın hazırkı çempionu dünya reytinqində ikinci pillədə olan italiyalı tennisçi Yannik Sinnerdir. Bu məğlubiyyət Bublikin cari mövsümdə “Masters” seriyasında ikinci erkən uduzması olub.
Ayaz