Türkiyənin iş adamı Tufan Sadıqova məxsus “Serik Belediyespor” klubunun futbolçuları maaşları və bonusları ödənilmədiyi üçün məşqləri boykot ediblər .
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçular iki aydır ki, heç bir ödəniş almayıb. Futbolçuların etirazına görə məşq təxirə salınıb. Oyunçular vəziyyətin davam edəcəyi təqdirdə açıq etirazlara əl atmağa hazır olduqlarını bildiriblər. Onlar həmçinin müqavilənin pozulması ilə bağlı rəsmi bildiriş göndərmək niyyətindədirlər.
Komandanın ortaq sahibi 2025-ci ilin sentyabrında müflis elan edilmiş “Ximki” futbol klubunun keçmiş investoru Sadıqovdur.
Bu yay Serik rusiyalı mütəxəssis və futbolçularla güclənib. Baş məşqçi vəzifəsinə Sergey Yuran təyin edilib və heyətə yeddi əcnəbi futbolçu qoşulub: Dmitri Tixiy , İlya Berkovski , Kirill Qotsuk, İlya Sadıqov, Rəsul Hüseynov, Aleksandr Martınov və Artem Yuran . Ödənişlərin gecikməsi büdcəyə borcu 448 milyon rublu ötmüş Ximkinin müflisləşməsi ilə üst-üstə düşdü.
Ayaz