İDMAN ÖZ XƏBƏR

“Spartak” üçün üç ideal məşqçinin adını çəkdi

Moskva “Spartak” klubunun sabiq futbolçusu və baş məşqçisi Valeri Qladilin komandanı çalışdıra biləcək üç rusiyalı mütəxəssisin adını açıqlayıb. 32gun.az xəbər verir ki, Onun açıqlamasıni “Sovetskiy sport” yayıb.

“Bu üçlüyü adlandırardım: Dmitri Aleniçev, Andrey Tixonov və Yeqor Titov. Onlar ‘Spartak’ı yaxşı tanıyırlar və artıq məşqçilik təcrübəsinə malikdirlər. Tələsik Talalayev, Yuran kimi hələ tam özünü sübut etməmiş məşqçiləri axtarmağa ehtiyac yoxdur. ‘Zenit’ Sergey Semaka etibar etdi və nəticə aldı. Bizdə də çoxdan yetişmiş mütəxəssislər var – mən adlarını çəkdim. Elə bu üçlüyü götürün və kifayətdir”, – Qladilin bildirib.

Xatırladaq ki, oktyabrın 20-də mediada “Spartak”ın baş məşqçi Deyan Stankoviçlə müqaviləni ləğv etmək istədiyi barədə məlumat yayılmışdı. Lakin oktyabrın 28-də menecer Timur Qurtskaya açıqlama verərək klubun yeni məşqçi axtarışını müvəqqəti dayandırdığını bildirmişdi.

Son beş ildə “Spartak”da yeddi baş məşqçi dəyişib. Onların arasında Paolo Vanoli, Gilermo Abaskal və Rui Vitoriya kimi mütəxəssislər də olub. Stankoviç 2024-cü ilin yayında komandaya rəhbərlik edərək bu müddətdə səkkizinci baş məşqçi olub.

Hazırda “Spartak” Rusiya Premyer Liqasının turnir cədvəlində 13 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb.

Ayaz 

Oxşar Xəbərlər