İDMAN ÖZ XƏBƏR

“Dinamoda” sevinc: Azarkeşlər Valeri Karpinin gedişini alqışladı

Moskvanın “Dinamo” klubunun azarkeşləri baş məşqçi Valeri Karpinin komandadan ayrılması qərarını müsbət qarşılayıblar.

32gun.az bildirir ki, onlar sosial şəbəkələrdə “Son həftələrin ən yaxşı xəbəri”, “Dualarımız qəbul olundu”, “RPL-də qələbələri belə qeyd etməyəcəyik, Karpinin gedişini qeyd etdiyimiz kimi” kimi mesajlar yazıblar.

17 noyabrda Valeri Karpin “Dinamo”dakı fəaliyyətinə son verdiyini açıqlayıb. O, qərarını Rusiya millisinin beynəlxalq arenaya qayıdışına hazırlığa daha çox diqqət yetirmək zərurəti ilə izah edib.

Karpin “Dinamo”ya 2025-ci ilin yayında baş məşqçi təyin olunmuşdu və eyni zamanda Rusiya millisindəki vəzifəsini də davam etdirirdi.

Rusiya Premyer Liqasının 15 turundan sonra “Dinamo” 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, 11 noyabrda “Spartak” baş məşqçi Deyan Stankoviçlə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Komandaya müvəqqəti olaraq Vədim Romanov rəhbərlik edir. “Spartak” ilin sonuna kimi çempionatda “CSKA”, “Baltika” və “Dinamo” ilə qarşılaşacaq.

Ayaz 

Oxşar Xəbərlər