İDMAN ÖZ XƏBƏR

“Dynamo” azarkeşlərinin Kudashova dəstək bannerinə qadağa qoyuldu

Moskva “Dynamo” klubunun rəhbərliyi komandanın keçmiş baş məşqçisi Aleksey Kudaşova dəstək məqsədilə hazırlanmış bannerin paytaxt “Spartak”ı ilə keçirilən KHL-in müntəzəm çempionat matçına gətirilməsinə icazə verməyib. 32gun.az xəbər verir ki, bu barədə ağ-mavilərin azarkeşlərinə məxsus Telegram kanalı məlumat yayıb.

“Bu günkü oyun üçün biz Aleksey Nikolayeviçə təşəkkür sözləri ilə bir banner hazırlamışdıq. Lakin klub onun matçda yerinin olmadığını bildirdi. Biz bununla razı deyilik və hər kəsi oyundan dərhal sonra öz arzularımızı ona çatdırmaq üçün birləşməyə çağırırıq”, — deyə azarkeşlərin müraciətində qeyd olunur.

Matçın nəticəsinə görə “Spartak” “Dynamo”nu 4:2 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Beynəlxalq Hokkey Federasiyası (IIHF) 2022-ci ilin yazında rusiyalı oyunçuların neytral statusda belə beynəlxalq turnirlərdə iştirakını qadağan etmiş, həmçinin Rusiyada keçirilməli olan 2023 gənclər dünya çempionatını ölkənin əlindən almışdı. 2023-cü ilin martında bu qadağa 2023/24 mövsümünə qədər uzadılmışdı.

Fevralın 4-də IIHF növbəti dəfə Rusiya millisinin diskvalifikasiyasını uzadıb. Bu qərara əsasən, milli komanda 2025 və 2026 dünya çempionatlarında, eləcə də 2026 gənclər dünya çempionatında iştirak etməyəcək.

Ayaz 

Oxşar Xəbərlər