ÖZ XƏBƏR

Dövlət Neft Fondu 212 minlik komandaqurma tədbiri keçirir – Qalib şirkət...

Azərbaycan Respublikası Dövlət Neft Fondu komandaqurma tədbirləri və təşviqat xarakterli layihələrin təşkili xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb. Satınalmanın qalibi “RR Travel Company” MMC olub.

32gun.az xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 212.847,22 manat təşkil edir.

Tender çərçivəsində bir sıra xidmətlərin göstərilməsi nəzərdə tutulur: fon musiqisi üçün piano və ifaçı təminatı, foto və videoçəkiliş, yeni il konsepsiyalı dekorasiyalar, brend səhnə və fotogüşə, masaların xüsusi dizaynla bəzədilməsi, DJ xidməti, texniki avadanlıq təminatı, rəqəmsal lövhə, həmçinin tədbirə qatılan əməkdaşlar üçün parklama imkanları.

Bundan əlavə, 20 dekabr 2025-ci il tarixində Bakıdakı beşulduzlu otellərdən birində 180 nəfərlik genişmiqyaslı korporativ tədbirin təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində zəngin menyu, furşet, komandaqurma oyunları və qaliblər üçün hədiyyə kartları da təmin ediləcək.

İl ərzində Neft Fondunun müxtəlif tədbirləri üçün peşəkar foto və video xidmətləri, dizayn və post-prodakşn işləri də ehtiva olunur.

 Qeyd edək ki, hazırda rəhbəri İsrafil Məmmədovdur. 

Ayaz

Oxşar Xəbərlər